RU

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Sentyabrın 29-da maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

XQ xəbər verir ki, nazir Sahil Babayev AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir, həmçinin bankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Cari iqtisadi vəziyyət barədə məlumat verən nazir qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, Bakı Metropoliteninin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeyd olunub.

B.Dasqupta Azərbaycan ilə AİB arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətində daha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıq, özəl sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
15
5
xalqqazeti.az

6Источники