Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib.
Bu barədə BDU-nun Mətbuat xidmətindən məlumat verilib.
Rövşən Musayev 1947-ci ildə Göyçay şəhərində anadan olub. 1965-1970-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-1978-ci illərdə Rusiyanın Obninsk vilayətinin Fizika-Energetika İnstitutunun aspiranturasında təhsil alıb və 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb.
O, 1967-1973-cü illərdə AMEA-nın Fizika İnstitutunda baş laborant, laborant və mühəndis vəzifələrində çalışıb. 1981-1984-cü illərdə Ümumittifaq Atom Enerjisi Elmi-Tədqiqat Energetika İnstitutunda kiçik elmi işçi, 1984-1986-cı illərdə Ümumittifaq Ölçü Nəzarəti Cihazlarının Layihə İnstitutunda, 1986-1988-ci illərdə isə Moskvada Tibbi Biologiya Problemləri İnstitutunda böyük elmi işçi olub. 1989-1990-cı illərdə BDU-nun Yarımkeçirici fizikası elmi-tədqiqat laboratoriyasında (ETL) böyük elmi işçi kimi fəaliyyət göstərib.
1990-2014-cü illərdə Radiasiya və onun ətraf mühitə təsiri fakültələrarası ETL-də böyük və kiçik elmi işçi vəzifələrində çalışıb. 2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019-cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!