RU

Moskvanın erməni planı: Bakıya mesaj verməyə çalışırlar?

Son aylarda Rusiyanın daxili siyasətində diqqətçəkən ikili yanaşma müşahidə olunur: bir tərəfdən azərbaycanlılara qarşı ardıcıl həbslər, deportasiya və vətəndaşlıqdan məhrumetmə halları artır, digər tərəfdən isə erməni icmasına açıq simpatiya nümayiş etdirilir. Kreml zalında Rusiya Erməniləri İttifaqının yubileyinin təmtəraqla keçirilməsi və Prezident Vladimir Putinin tədbir iştirakçılarına xüsusi müraciəti bunun ən bariz nümunəsi oldu. Moskvanın bu davranışı fonunda sual yaranır: əslində Putin Bakıya hansı mesajı çatdırmaq istəyir və Kremlin erməni icması üzərindən qurduğu plan uzunmüddətli siyasətə çevrilə bilərmi?

Siyasi analitik Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, Vladimir Putinin bu addımı əslində Ermənistanın mövcud vəziyyətindən xəbərdar olması ilə bağlıdır:

“Putin düşünür ki, Ermənistan nə qədər Qərbə yaxınlaşmağa çalışsa da, Rusiyanın təsirindən tam çıxmaq imkanında deyil və hələ də “forpost” statusunu daşıyır. Azərbaycan isə fərqli olaraq Moskvanın mövqeyi ilə razılaşmaq istəmir və lazım gəldikdə öz etirazını açıq şəkildə ifadə edir. Bu, həm təyyarə qəzası məsələsində, həm Yekaterinburqda azərbaycanlılara qarşı törədilən təxribatlarda, həm də digər hadisələrdə özünü göstərdi”.

Onun sözlərinə görə, Kreml belə addımlarla göstərməyə çalışır ki, Ermənistanı istədiyi qəlibə salmaq mümkündür, amma Azərbaycan bu qəlibə sığışmaq istəmir:

“Rusiya mesaj verir ki, siz də ermənilər kimi hərəkət edin, amma yaxşı bilir ki, bu mümkün deyil. Azərbaycan öz xarici siyasətində bərabərhüquqlu münasibətlərə əsaslanır və yalnız qarşılıqlı hörmət əsasında əlaqələrin davam etdirilməsinə razı ola bilər. Əks halda, Kreml tərəfindən atılan bu cür addımlar nə mesaj, nə də dostluq siqnalı, əksinə, açıq təxribat kimi dəyərləndirilə bilər”.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
20
editor.az

1Источники