RU

DİN: Polis III MDB Oyunlarında fasiləsiz xidmət aparır

Gəncə, Yevlax, Şəki, Qəbələ və ölkəmizin digər bölgələrində start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri tam təmin olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.

    Tədbirlər çərçivəsində oyunların keçirildiyi məkanlara giriş-çıxışların nəzarətdə saxlanılması, azarkeşlər, qonaqlar, xidmət personalı və media nümayəndələrinin təhlükəsiz şəkildə əraziyə daxil olması, ictimai və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün məqbul şəraitin yaradılması istiqamətində zəruri tədbirlər görülür.

    DİN əməkdaşları tərəfindən yüksək təhlükəsizlik şəraitində qonaqpərvərlik mühitinin təşkili davam etdirilir.

    Избранный
    23
    10
    bakivaxti.az

    10Источники