RU

Rusiya məhkəməsindən Mutvalı Şıxlinski barədə qərar

Sverdlovsk vilayət məhkəməsində Yekaterinburqdadakı Azərbaycan diasporunun sədrinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbiri hökmündən verilmiş apelyasiya şikayətinə baxılıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, vilayət məhkəməsi birinci instansiya məhkəəsinin qərarını qüvvədə saxlayıb.

Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsinin 8 sentyabr 2025-ci il tarixli hökmü ilə Mutvalı Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İbtidai istintaq onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.

Şıxlinskinin vəkili qərardan Sverdlovsk vilayət məhkəməsinə şikayət etsə də, nəticəsi olmayıb. Apellyasiya məhkəməsi apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas görməyib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi M.Şıxlinskinin 2025-ci il dekabrın 14-dək həbsdə qalacağı barədə qərar çıxarıb.

Xatırladaq ki, M.Şıxlinskinin həbsinə iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş vermiş vəziyyət səbəb olub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə oğlunun idarə etdiyi avtomobillə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib.

Избранный
3
8
konkret.az

9Источники