RU

Azərbaycan III MDB Oyunlarında ilk qızıl medallarını qazanıb

Taekvondoçu Ziya Həsənli (63 kq) Azərbaycana III MDB Oyunlarında ilk qızıl medalı qazandırıb.

News365.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.

Həsənli həlledici qarşılaşmada Rusiya təmsilçisi Eqor Lakini məğlub edərək çempion olub.

Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ilk qızıl medal kimi tarixə düşüb.

Azərbaycanın daha bir taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb. Həlledici qarşılaşmada 46 kq çəki dərəcəsində çıxış edən Humay Dadaşova rəqibini məğlub edərək çempion olub. Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ikinci qızıl medal kimi tarixə düşüb.

Избранный
20
8
news365.az

10Источники