RU

Nazir: Statistik göstəricilərə görə hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır.

Xalqcebhesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Emrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:

"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
6
icma.az

8Источники