RU

Gedişhaqqı artırıldı: Digər sahələrdə də qiymət artımı gözlənilirmi? - ŞƏRH

Bu gündən etibarən Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə yüksəldilib. Yeni tarif ictimaiyyət arasında geniş müzakirıələrə səbəb olub. Tarif dəyişikliyi Nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İqtisadçılar bildirirlər ki, bu artım təkcə ictimai nəqliyyatla məhdudlaşmaya, dolayısı ilə bazarın digər sahələrinə də təsir göstərə bilər. Xüsusilə yanacaq xərclərinin ümumi dəyərə təsiri nəzərə alındıqda, daşınma, xidmət və hətta ərzaq məhsullarında qiymətlərin bahalaşma ehtimalı istisna edilmir.

Bəs bu artıma səbəb nədir? Bu digər sahələrdə də qiymət artımına yol aça bilərmi? Turkustan.az olaraq bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Qızılı

Günay Hüseynova

Gedişhaqqının artırılması iki səbəbdən qaynaqlana bilər: xidmət keyfiyyətinin yüksəldilməsi və yanacağın qiymətinin bahalaşması. Hazırkı qiymət artımı isə xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə əsaslandırılır. Əgər artım yanacaqla bağlı olsaydı, bu zaman müxtəlif sahələrdə də qiymət artımından danışmaq olardı. Əsas məsələ kimi xidmət keyfiyyətinin artırılması göstərilsə də, vətəndaş bunu real olaraq hiss etməlidir. Əks halda, bu süni qiymət artımı təsiri bağışlayır.

Təəssüf ki, sərnişinlərin narazılığına səbəb olan bir çox problemlər hələ də həllini tapmayıb. Yayda sərinləndirici, qışda istilik sistemi bir çox avtobuslarda işlədilmir, qış aylarında isə intervalların çox olması sərnişinlərə ciddi narahatlıq yaradır. Bundan başqa, sürücülərin sərnişinlərlə kobud rəftarı da geniş yayılıb. Onların maarifləndirilməsi və tərbiyəvi söhbətlərlə kifayətlənmək nəticə vermir. Halbuki bütün bunlar xidmət keyfiyyətinin əsas göstəriciləridir.

Vətəndaş cibindən artıq vəsait ödəyirsə, illərlə yığılıb qalan problemlər də mütləq həllini tapmalıdır. Minimum əməkhaqqı və pensiyaların artırılmasına gəlincə, bu proses və artım dərəcəsi hər ilin 1 yanvarında elan olunur. Əgər benzinin qiyməti artarsa, avtobus və taksi xidmətlərində də növbəti bahalaşma qaçılmaz olacaq. Ümumilikdə isə bazarda qiymət artımı yanacağın qiymətindən asılı olaraq bütün sahələrə təsir edir. Bundan başqa, mövsümi dəyişikliklər və ilin sonuna doğru, xüsusilə bayram ərəfəsində də qiymət artımı müşahidə olunur. Sadəcə, işbazlar vətəndaşların bunu kəskin hiss etməməsi üçün artımı mərhələli şəkildə həyata keçirirlər.

Bununla yanaşı, bazarda tələbat da qiymətlərin bahalaşmasına şərait yaradır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
48
1
turkustan.az

2Источники