RU

Klaus Müller: "Azərbaycanda IoT hələ biznes üçün kritik əhəmiyyətə malik deyil"

Azərbaycanda müştərilər əşyaların interneti (IoT) texnologiyalarının tətbiqinə yox, ilk növbədə, biznesin inkişafına yönəlirlər.

News365.az xəbər verir ki, bunu "Bakcell" şirkətinin baş direktoru Klaus Müller "PASA Holdinq"in təşkil etdiyi "INMerge 20256" İnnovasiya Sammiti çərçivəsində keçirilən "Fintek, telekommunikasiya və bank işi - sahələr arasında sinerjinin öyrənilməsi" adlı panel müzakirəsində bildirib.

"Buna görə də IoT hələ ki, "Bakcell" şirkətinin strategiyasında mərkəzi yer tutmur", - o qeyd edib.

Baş direktorun sözlərinə görə, IoT-nin əsas sahələrdə fəal şəkildə tətbiq olunduğu bir sıra digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu seqment biznes üçün kritik əhəmiyyətə malik deyil.

"Bu, bizim bununla məşğul olmadığımız anlamına gəlmir. Əlbəttə, biz IoT üzərində işləyirik. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan ön sıralarda deyil. Biz bunu diqqətdə saxlayırıq. Bu, əsas prioritet deyil, lakin onun vaxtı gələcək", - K.Müller vurğulayıb.

Избранный
2
news365.az

1Источники