ABŞ Prezidenti Donald Tramp xarici filmlərə 100% rüsum tətbiq ediləcəyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Tramp Truth sosial səhifəsində yazıb: “Bizim kino çəkilişi biznesimiz uşaq konfeti kimi ABŞ-dan başqa ölkələr tərəfindən oğurlanıb. Zəif və bacarıqsız qubernatoru olan Kaliforniya xüsusilə ağır zərbə alıb!”
Onun sözlərinə görə, problemi həll etmək üçün ABŞ hüdudlarından kənarda çəkilmiş bütün filmlərə 100% rüsum tətbiq olunacaq.
Qeyd olunur ki, apreldə Pekin Trampın tarifləri səbəbindən Amerika filmlərinin idxalını azaldacağını açıqlamış, həmçinin ABŞ-a dünyanın ikinci ən böyük film bazarı olduğunu xatırlatmışdı.
DOĞRU.AZ