RU

Azərbaycanda uşaqların suallarına cavab verəcək "chatbot" HAZIRLANIR

Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək "chatbot" hazırlanır.

Bizim.Media xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Emrullayev məlumat verib.

Nazir bildirib ki, bu sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək: “Yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq. Layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Məqsəd hər mövzuda yalnız bir dərslik hazırlamaq deyil, əksinə, mövzuya uyğun fərqli sahələr üzrə intelektual və tədris dəstəyini təmin etməkdir".

Bizim.Media

Избранный
11
16
bizim.media

10Источники