RU

Somalidə silahlılar BMT-nin helikopterini ələ keçirdi

Somalidə “Əl-Şəbab” qruplaşması BMT-nin icarəyə götürdüyü helikopteri ələ keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə helikopter texniki nasazlıq səbəbindən silahlıların nəzarətindəki əraziyə təcili eniş edərkən baş verib.

Ekipaj üzvləri və yük qruplaşmanın əlinə keçib.

Helikopterin qeydiyyat nömrəsi, göyərtəsində olan insanların sayı və yükün nədən ibarət olduğu məlum deyil. İnsident barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

Избранный
12
9
bakivaxti.az

10Источники