RU

Xalq artisti Ramiz Quliyev xəstəxanaya yerləşdirildi

"Xalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib".

Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

O bildirib ki, Ramiz Quliyev hazırda Reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb: Dominos pizza

"Ramiz müəllim haradasa bir il əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim. Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar. Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi".

Ə.Quliyev qeyd edib ki, sənətkar xəstəxanaya yerləşdirildiyi gün Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli ona baş çəkiblər:

"Bizim üçün bu, çox dəyərli idi. Onlar həkimlərlə söhbət etdilər və vəziyyəti tam öyrəndilər. Bildirdilər ki, Ramiz müəllimin vəziyyəti ilə bağlı bütün məsələlər dövlətimizin nəzarəti altındadır. Bu işdə tələb olunan nə lazımdırsa, ən yüksək səviyyədə həyata keçiriləcək. Mən fürsətdən istifadə edib həm öz, həm də ailəmiz adından ilk növbədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Daim bizə dəstək olurlar, bizi tək buraxmırlar. Artıq bir neçə gün keçməsinə baxmayaraq, məndə olan məlumata görə, Anar Ələkbərov hər gün xəstəxana ilə əlaqədədir. Mənimlə də daim əlaqə saxlayırlar".

O əlavə edib ki, hazırda atası Dövlət Gömrük Hospitalında müalicə alır:

"Səhhətindəki əsas problem böyrəklərlə bağlıdır. Xəstəxanaya yerləşdirildiyi ilk gündən həm müayinə, həm də müalicə olundu. Həkimlərin konsiliumunun nəticəsində qərara aldılar ki, dializ olmalıdır. Həmçinin Ramiz müəllimin digər xroniki xəstəlikləri də var ki, onlar da nəzarətdə saxlanılır. Bir az ağciyərlə bağlı da narahatlıq var və müalicə prosedurları gedir. Bizə də şərait yaradırlar ki, onu görə bilək. Şükürlər olsun ki, müsbətə doğru dəyişiklik var, sağlamlığı bərpa olunmaq üzrədir. Hər şey nəzarətdədir, daim müayinələr keçirilir. Onu evdə gözləyirik. Vaxtında Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu itirmişdik. Demək olar ki, onu ölümdən qaytardılar".

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adını alıb. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.


Telegram kanalımız
Избранный
42
18
yenisabah.az

10Источники