Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
Onun sözlərinə görə, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Qeyd edək ki, Cabir İmanov sentyabrın 30-da günorta saatlarında vəfat edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта