Ukrayna Ali Radasının deputatları ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif ediblər.
Editor.az xəbər verir ki, bu barədə «Strana.ua» özünün Telegram-kanalında məlumat yayıb.
Məlumata görə, hazırda qanun layihəsini yalnız beş deputat imzalayıb, onlardan biri isə hakim partiya **«Xalq Xidməti»**nin nümayəndəsidir. Ukrayna jurnalistləri hesab edirlər ki, bu təşəbbüs, ehtimal ki, Prezident Vladimir Zelenskinin ofisi ilə razılaşdırılmayıb. Qanun layihəsinin mətni hələ açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az