“Ukrayna suveren dövlət kimi hərəkət edə bilməz. Çünki onun suverenliyi çoxdan başa çatıb”.
Turkustan.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Ukrayna öz ərazisinin beşdəbirini itirib. Ölkənin suverenliyi isə burada bitib.
“Biz yerdə qalan ərazini qoruyuruq. Əgər Qərbi qərara alsa ki, sabah Kiyevə yardım etməyəcək, o zaman Ukrayna üçün hər şey bitəcək”, – Orban vurğulayıb./globalinfo.az/