Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.
Milli.Az-ın məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.
Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.
Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.
Milli.Az