RU

Bu sadəcə ucuz şoudurucuz şoudur Zaxarova

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyi Moldovada sentyabrın 28-də keçirilən parlament seçkilərini görünməmiş dərəcədə çirkli və ucuz şou adlandırıb.

Globalinfo.az bu barədə XİN rəsmisi Mariya Zaxarova teleqram kanalında məlumat yayıb.

Nazirliyin sözçüsü bildirib ki, seçki kampaniyası zamanı hakimiyyət inzibati və təhlükəsizlik resurslarından, qeyri-qanuni mexanizmlərdən, hədələr və şantajdan geniş istifadə edib.

Onun sözlərinə görə, müxalifət partiyaları kütləvi şəkildə yarışdan çıxarılıb, əleyhdarlara qarşı cinayət işləri açılıb. Rusiya XİN həmçinin müşahidəçilərin qeydə aldığı çoxsaylı pozuntuları qeyd edib.

Bəzi seçki məntəqələrində bağlanmazdan az əvvəl fəallığın süni şəkildə artması və bülletenlərin sürətlə tükənməsi vurğulanıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
globalinfo.az

1Источники