RU

Azərbaycan taekvondoçusu MDB Oyunlarında qızıl medala layiq görülüb  

Azərbaycan III MDB Oyunlarında ikinci qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakini məğlub edərək III MDB Oyunlarının çempionu olub.

Избранный
18
2
azerbaijan-news.az

3Источники