RU

Əməkdar artist Cabir İmanovla vida mərasiminin yeri məlum oldu

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

Onun sözlərinə görə, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Qeyd edək ki, Cabir İmanov sentyabrın 30-da günorta saatlarında vəfat edib.

***19:06

Əməkdar artist Cabir İmanovun dəfn yeri açıqlanıb.

BAKU.WS xəbər verir ki, mərhum sənətkar paytaxtdakı Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi Cümə məscidində baş tutacaq.

***18:47

Əməkdar artist Cabir İmanovun nəşi Əjdərbəy məscidindən evinə aparılıb.

BAKU.WS xəbər verir ki, onunla vida mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də aparılmışdı.

Избранный
6
1
far.az

10Источники