RU

Tramp Qəzzada keçid Sülh Şurasına rəhbərlik edəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Qəzzada müharibə bitdikdən sonra onun yenidən qurulmasına nəzarət etmək üçün Keçid Sülh Şurasının yaradılması planlaşdırılır. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, bu plan 20 maddəlik sülh planında öz əksini tapıb. Tramp ərəb ölkələrinin, İsrailin və planda iştirak edən hər kəsin qərarı ilə bu şuraya rəhbərlik edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, şuraya, həmçinin planın hazırlanmasında rol oynamış digər dövlət başçıları, eləcə də Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr daxil olacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
61
1
azertag.az

2Источники