RU

Kimin Qurban Qurbanova nə sualı varsa...

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından əvvəl təşkil ediləcək mətbuat konfranslarının vaxtları məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək.

Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq.

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.

Избранный
4
sportinfo.az

1Источники