Ağ Ev Trampın Qəzza üzrə sülh planını təqdim edib.
Bizim.Media xəbər verir ki, plan 20 bənddən ibarətdir.
Bəndlərə əsasən, İsrail anklavı işğal etməyəcək və ya ilhaq etməyəcək. Qəzza “radikallıqdan azad, terror olmadan” bir zona olacaq və qonşulara təhlükə yaratmayacaq.
Həmçinin İsrail bu razılaşmanı ictimai şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün girovlar azad ediləcək. Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbs cəzası alan 250 nəfəri və 2023-cü il 7 oktyabrdan sonra saxlanılan 1700 Qəzza sakininin azad olunmasını təmin edəcək.
Sülh planına görə, ABŞ İsrail və fələstinlilər arasında sülh və firavan birgə yaşayışın siyasi perspektivlərini razılaşdırmaq üçün dialoqa başlayacaq.
Əgər hər iki tərəf bu təklifi qəbul etsə, müharibə dərhal dayandırılacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта