RU

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Bavariya" serbiyalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bundesliqa nəhəngi Vlahoviçi Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi düşünür. "Bavariya" klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 25 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Yuventus" Duşaan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
5
4
bizim.media

9Источники