ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Müxalifət işimizi asanlaşdırdı, bələdiyyə seçkilərində qalib gələcəyik.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı açıqlama verərkən deyib. O bildirib ki, aparılan sorğular hakim partiyanın bütün bələdiyyələrdə qələbəsini təsdiqləyir.
"Məqsədimiz 64/64 nəticədir. Praktiki olaraq bu nəticənin əldə olunacağına zəmanət verilib. Biz 64 bələdiyyənin hamısında həm mer, həm də şəhər şurası seçkilərində qalib gəlmək niyyətindəyik və sorğular da bunu bir daha sübut edir", - Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, müxalifətin seçkiyə yanaşması iqtidarın işini daha da asanlaşdırıb:
"Müxalifət öz taktikası ilə işimizi çox asanlaşdırdı. İstər seçkidə iştirak etməyən iki partiya, istərsə də iştirak edən digər iki partiya bizim üçün ideal mənzərə yaradıb. Ona görə də 64 bələdiyyənin hamısında çox asanlıqla qalib gələcəyik".
Kobaxidze vurğulayıb ki, hökumət seçkilərdə qələbəyə tam əmindir və bunun üçün bütün şərtlər mövcuddur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.