RU

Müharibənin bitməsi üçün Kiyev bunları etməlidir Moskva şərtlərini açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Moskva Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Varşava Təhlükəsizlik Forumu çərçivəsində verdiyi açıqlamaları şərh edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumatlı mənbələrə istinadən xəbər yayıb. Qeyd olunub ki, Kiyev 2025-ci ilin sonuna qədər münaqişəyə son qoymaq istəyir və bunun üçün nəyin lazım olduğunu yaxşı bilir. Onun sözlərinə görə, Ukraynanın atmalı olduğu addımlar məlumdur.

Məlumatda bildirilir ki, ilk növbədə ərazi reallıqlarını tanımaq, NATO və nasizmdən imtina etmək və insan hüquqlarına hörmət etmək. Xüsusən də rusdilli əhalinin hüquqlarını təmin etmək lazımdır.

Moskva mənbəsi bu bəyanatlarla Kiyevin həm daxili, həm də beynəlxalq səviyyədə konkret öhdəliklər götürməli olduğunu vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники