RU

Məşhur kardioloq Cabiri öldürən MƏSULİYYƏTSİZ davranışlardan yazdı

 

 

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova Əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.

 

Feysbuk hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.

 

O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:

 

"1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır. Hansılar ki ilkin tibbi yardımı həkim səviyyəsində bilir;

 

2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;

 

3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır - əsl kağız, yalançı yox;

 

Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.

 

Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız",- o əlavə edib.

 

Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:

 

"Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə".

 

Bakupost.az

Tarix: 30 Sentyabr 2025, 00:36   
Избранный
23
6
pravda.az

8Источники