RU

ABŞ kəşfiyyatı: Çin Tayvana müdaxiləyə hazırlaşır

Musavat.com xəbər verir ki, ABŞ hərbi kəşfiyyatının “məxfi hesabatı”nda Çin ordusunun Tayvana müdaxilə planları ilə bağlı yeni iddialar yer alıb.

ABC telekanalının məlumatına görə, Pekin bu məqsədlə ölkənin kommersiya bərə donanmasını sürətlə genişləndirir. Xüsusilə bəzi gəmilərin tankların daşınması və amfibiya əməliyyatlarında iştirakı üçün modifikasiya olunduğu bildirilir.

Məşhur beynəlxalq Discord-serveri və ABŞ QHT-lərinin uğurlu media layihələrindən biri olan Faytuks News-un X hesabı da bu xəbəri təsdiqləyib.

Məlumata əsasən, Çinin Tayvanla bağlı hərbi əməliyyata başlaması, əvvəlcə MKİ tərəfindən 2027-ci ilə proqnozlaşdırılandan daha yaxın görünür. 

 

Musavat.com

Избранный
11
6
musavat.com

8Источники