RU

Rusiya qətiyyətimizi sınamaq istəyir -Almaniyanın xarici işlər naziri

“Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir”.

Redaktor.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.

NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladan Y.Vadeful bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb: “Hədəf bizim hava məkanlarımız, kritik infrastrukturumuz və müdafiəyə hazırlığımızdır”.

Nazir yeni dron insidentləri fonunda Avropa İttifaqı ilə NATO arasında əməkdaşlığın, eləcə də belə hücumların dəf olunması üçün imkanların inkişaf etdirilməsinin, daha çevik reaksiya verilməsinin və sistemlərin daha sıx əlaqələndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu, NATO-nun şərq cinahının müdafiəsi üçün əsas məsələdir.

 

Избранный
16
2
redaktor.az

7Источники