RU

“Kairat – “Real Madrid” matçı milyonlarla dollar gəlir gətirəcək - Nazirlik

“Kairat – “Real Madrid” matçının 4000-dən çox turist və 2-3 milyard tenqe (təxminən 3,5-5,5 milyon dollar – red.) gəlir gətirəcəyi gözlənilir”.

İdman.biz bildirir ki, bu sözləri Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm sektoru komitəsinin sədri Nurtas Karipbayev deyib.

Komandalar sentyabrın 30-da UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda qarşılaşacaqlar.

Qarşılaşma Almatıda, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Oyuna bütün biletlər satılıb.

İdman.biz

Избранный
16
1
idman.biz

2Источники