RU

Uitkoff: ABŞ-nin Qəzza planı Ukrayna müharibəsinə də təsir göstərə bilər...

Trampın məqsədi genişmiqyaslı sülh əldə etməkdir…

Poliqon xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzza zolağında müharibənin dayandırılmasına dair planın Rusiya-Ukrayna münaqişəsinə də təsir edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu, prezident Donald Trampın qlobal miqyasda sülhə nail olmaq istəyilə bağlıdır.

Prezident Tramp bütövlükdə sülh istəyir. Bu, yalnız Qəzzaya aid deyil, həm də bütün Yaxın Şərq bölgəsinə yayıla bilər... Hətta Rusiya və Ukraynaya qədər uzana bilər”, – deyə Uitkoff Fox News telekanalına müsahibəsində qeyd edib.

Xatırladaq ki, sentyabrın 29-da İsrailin baş naziri Binyamin Netanyahu Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı təqdim etdiyi planı qəbul edib. “HƏMAS” hərəkatı sənədi öyrənmək üçün alıb, Fələstin rəhbərliyi isə planla bağlı rəsmi mövqeyini açıqlamayıb. Al Jazeera-nın məlumatına görə, ərəb və Avropa ölkələrinin əksəriyyəti təşəbbüsü dəstəkləyib.

ABŞ administrasiyası hesab edir ki, bu razılaşma həm Qəzza sektorunda atəşkəsə nail olmaq, həm də girovların azad edilməsinə şərait yaratmaqla yanaşı, daha geniş regional sabitliyin əsasını qoya bilər. Uitkoffun sözlərinə görə, uğurlu nəticə əldə olunacağı təqdirdə bu model digər münaqişələr, o cümlədən Ukrayna üzrə də tətbiq oluna bilər.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники