RU

Şəhid oğlumun xatirəsi əziz tutulur

Oğlum İlham Şəmsiyev  Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi.  O, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid oldu. 

Onun nəşi Qazaxın Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn edildi. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olundu. 

İndi həmin vaxtdan iki il keçir. Ancaq rayon rəhbərliyi heç vaxt bizi unutmur. Tez-tez evimizə gələrək problemlərimizlə maraqlanır. Rayonumuzda şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər görülür. Bu yaxınlarda Qazax şəhərində adsız küçələrdən birinə oğlumun adı verildi. Həyata keçirilən bütün bu işlər söz yox ki, oğlumu bizə unutdurmasa da, göstərilən diqqəti onun xatirəsinə ehtiram kimi dəyərləndirirəm. 

Bu günlər ölkəmizdə Anım Günü ilə bağlı tədbirlər keçirilir. Tədbirlərdə şəhidlər ehtiramla yad edilir. Biz də unudulmadıq. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayon ağsaqqalları bizə gələrək oğlumu bir daha yad etdilər. Söz yox ki, bu diqqət və qayğı bizdə məmnunluq yaratdı. 

Zülfiyyə ŞƏMSİYEVA, 

Qazax rayon  Yuxarı Salahlı kəndinin sakini, şəhid anası 

Избранный
77
azerbaijan-news.az

1Источники