RU

İctimai şura üzvləri bələdiyyə və probasiya fəaliyyəti ilə tanış olublar FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Bələdiyyələrlə iş baş idarəsində və Probasiya xidmətində olublar.Nazirliyin Mətbuat xidmətindən Demokrat.az-a  verilən xəbərə görə, Bələdiyyələrlə iş baş idarəsində keçirilən görüşdə idarənin rəisi Elmin Həsənov sonuncu seçkilərdən sonra formalaşmış bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə metodoloji köməklik göstərilməsi, onların hüquqi maarifləndirilməsi, inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən görülən tədbirlər, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyəti barədə məlumat verib.Tədbirdə bələdiyyələrlə yerli əhali arasında sıx təmasların, onların fəaliyyəti barədə vətəndaşların mütəmadi məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub, təkliflər səsləndirilib.Probasiya xidmətində keçirilən görüşdə isə xidmət rəisi Vüqar Ağayev probasiya sahəsində müasir çağırışlara uyğun aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası, onlara göstərilən sosial-psixoloji xidmətlər, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, eləcə də xidmətin səmərəli beynəlxalq əlaqələri barədə danışıb. Şura üzvləri, həmçinin Rəqəmsal monitorinq mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.Görüşlərdə İctimai şuranın üzvlərini maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb, son dövrlərdə Nazirlik tərəfindən aparılan islahatların və tətbiq olunan yeniliklərin ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə, şəffaflığa və vətəndaş məmnunluğuna xidmət etdiyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
7
demokrat.az

8Источники