RU

Bu avtobuslarda gediş haqqı 60 QƏPİKDƏN BAHA OLDU

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.

Hurriyyet.az-ın məlumatına görə, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.

Lakin bir sıra marşrut xətlərində qiymət artımı 60 qəpikdən daha çox olacaq:

172, 189, 211, 217, 108A, 130, 139, 163 — 65 qəpik;

120, 125, 140, 141E— 70 qəpik;

121E, 149, 150, E1, 503 — 80 qəpik;

120E, 140E, 150E — 90 qəpik.

Избранный
6
6
hurriyyet.az

7Источники