RU

Ağstafada maarifləndirici tədbir keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağstafada “Ümumtəhsil məktəblərində şagird davranış qaydaları, Dini radikalizm, erkən nikahlar və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib. Tədbiri giriş nitqi ilə açan RİH başçısı Seymur Orucov bildirib ki, sağlam nəslin formalaşması, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması dövlətimizin siyasətinin ən başlıca isqtiqamətlərindəndir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin dəmir iradəsi, dövlətimizin və xalqımızın sıx vəhdəti nəticəsində bəşəriyyətin bəlasına çevrilən dini radikalizm, erkən nikahlar və narkomaniyaya qarşı mübarizə ildən ilə daha müsbət uğurların əldə olunmasına zəmin yaradır.

Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, rayon prokuroru Anar Cəfərov, Rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş isnpektoru Nurlan Niyazlı, rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, Psixoloji Tibbi Pedaqoji Komissiyanın sədri Elnarə İsgəndərova, rayon Mərkəzi Xəstəxanasının həkimi Samirə Babayeva, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, yeniyetmə və gənclərin  hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan ünsürlərə qarşı hamılıqla mübarizə aparılmalı, bu sahədə icra olunan maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
3
unikal.az

4Источники