Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur start götürəcək.aia.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək.Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Çelsi" "Benfika" ilə, "Ayntraxt" "Atletiko" ilə, "Ayaks" "Marsel"lə qarşılaşacaq.Türkiyə "Qalatasaray"ı öz meydanında Ağdam təmsilçisinin digər bir rəqibi "Liverpul"u qonaq edəcək.Tarixində ilk dəfə ÇL-də mübarizə aparan "Kayrat" isə "Real"ı qəbul edəcək.Qeyd edək ki, "Qarabağ" sabah evdə "Kopenhagen"lə üz-üzə gələcək.Çempionlar Liqası, Liqa mərhələsi, 2-ci tur30 sentyabr20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya)23:00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya)23:00. "Budo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya)aia.z