RU

AFFA-da Azərbaycan millisi ilə bağlı SON QƏRAR verildi - BÜTÜN DETALLAR məlum oldu

Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Fernandu Santuşun istefaya göndərilməsindən sonra boş qalan posta Ayxan Abbasov təyinat alıb.

AFFA rəhbərliyi uzun çək-çevirdən sonra bu gün məsələyə nöqtə qoyub.

Tərəflər bütün məsələlərdə ortaq razılığa gəlib.

Əslində çalışdırıcı gənclər millisi ilə yola davam etməkdə daha çox maraqlı olub. Son yarım ildə görüyü işi yarımçıq tərk etməkdə o qədər də həvəsli görünməyib.

Amma federasiya mənsublarının israrını, təkidlə onu istəməsini görüncə "hə" deməkdən başqa yolu qalmayıb.

Ən qısa zamanda federasiya Abbasovun təyinatını ictimaiyyətə açıqlayacaq.

Təcrübəli mütəxəssislə uzunmüddətli plan nəzərdən tutulub.

Onun qarşısına hazırkı seçmə mərhələdə hər hansı xal tələbi qoyulmayıb. Yalnız layiqli mübarizə, bərk komanda yaradılması əsas prioritet seçilib.

Xatırladaq ki, 44 yaşlı baş məşqçi son olaraq U-21 millimizin baş məşqçisi idi.

Paralel olaraq həm də "Şamaxı"nı çalışdırırdı.

O, bundan sonra da bölgə klubunda işinə davam edəcək. Amma gənclər millisində yeni sima işə başlayacaq.

Abbasov məşqçi karyerasına 2015-ci ildə "Zirə"də başlayıb. "Qartallar"ı tarixində ilk dəfə avrokuboklara aparıb, orada bir mərhələ adlamağı bacarıb.

2018-21-ci illər aralığında "Sumqayıt"ın sükanı arxasında olub.

"Kimyaçılar" onun rəhbərliyi altında bir çox ilklərə imza atıb. Klub tarixində ilk dəfə avrokuboklarda iştirak edib. Bundan başqa ən yüksək nəticə - bürünc medal qazanıb, iki dəfə Ölkə Kubokunun finalında oynayıb.

2022-24-cü illəri "Turan-Tovuz"da keçirib. Son iki mövsümü isə "Şamaxı"nın uğurları üçün çalışır.

2013-cü ildə ildə futbolçu karyerasını başa vuran veteran müdafiəçinin "Qarabağ" və "Turan-Tovuz" klublarında forma geyindiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
10
sportinfo.az

1Источники