Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 13:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə Teleqraf-a əməkdar artistin dostu, Xalq artisti Murad Dadaşov məlumat verib.
Qeyd edək ki, aktyor "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək.