RU

ABŞ-dəki siyasi böhran fonunda qızılın qiyməti tarixi rekord qırır

Qiymət 1 unsiya üçün 3800 dollardan yuxarı qalxıb…

Poliqon Вloomberg Agentliyinə istinadən xəbər verir ki, qızılın qiyməti tarixi maksimuma çataraq 1 unsiya üçün 3839,52 dollar olub. Bu, ABŞ-də hökumətin maliyyələşdirilməsinin dayandırılması təhlükəsi və Federal Ehtiyat Sisteminin monetar siyasəti ətrafındakı qeyri-müəyyənlik fonunda baş verib. Beləliklə, qiymətli metal ticarət tarixində ən yüksək səviyyəni göstərib.

Artımın səbəblərindən biri sentyabrın 29-da Konqres liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşün nəticəsiz qalmasıdır. Qısamüddətli maliyyələşdirmə barədə razılığın əldə olunmaması hökumətin bağlanması ehtimalını gücləndirib və bu, investorlar üçün mühüm iqtisadi göstəricilər ətrafında əlavə qeyri-müəyyənlik yaradıb.

Bazar tendensiyasına həmçinin Newmont Corp. və Barrick Mining Corp. kimi böyük mədən şirkətlərində baş verən rəhbərlik dəyişikliyi təsir edib. Bu faktor investorların gözləntilərinə əlavə təzyiq yaradıb.

Qızıl 2025-ci ilin əvvəlindən bəri artıq 45%-dən çox bahalaşıb. Artımın əsas səbəbi mərkəzi bankların və iri investorların davamlı tələbatı ilə bağlıdır. Bununla yanaşı, ABŞ-da dövlət istiqrazlarının gəlirliliyinin azalması da qızıl kimi faiz gəliri gətirməyən aktivlərə marağı artırır. Daha zəif dollar isə dollarla qiymətləndirilən külçələri digər ölkələrin alıcıları üçün daha əlçatan edir.

Hazırda spot bazarda qızılın qiyməti 3837,28 dollar civarında dəyişir. Digər qiymətli metallar isə bir qədər geriləmə nümayiş etdirib. Belə ki, gümüş və platin son illərin maksimumundan sonra korreksiya göstərib. Bununla belə, 2025-ci ilin əvvəlindən gümüşün qiyməti 62%, platin isə 76% artıb.

Ekspertlər bildirirlər ki, investorların qızıla əsaslanan birja fondlarına vəsait yönəltməsi bazarda əlavə həyəcan yaradır və qiymətlərin yüksək səviyyədə qalmasına dəstək verir.

Poliqon.info

Избранный
28
poliqon.info

1Источники