BAKI, 30 sentyabr. TELEQRAF
Bakıda baş verən qəzada 2 nəfər ölüb.
Teleqraf-ın xəbərinə görə, yol nəqliyyat hadisəsiQaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib..
1995-ci il təvəllüdlü Bərdə rayon sakiniAbbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.
Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.