RU

“Azeri Light” neftinin qiyməti 4,2 % azalaraq 70,65 dollar olub

Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markalı 1 barelinin qiyməti 3,11 ABŞ dolları və ya 4,22 % azalaraq 70,65 ABŞ dollarına düşüb. 

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti isə 3,13 dollar və ya 4,33 % azalaraq 69,11 dollar təşkil edib.

Hərrac nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 68,85 dollar olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

2008-ci ilin iyulunda “Azeri Light” neftinin qiyməti maksimum 149,66 dollar, 2020-ci ilin aprelində isə minimum 15,81 dollar olaraq qeydə alınıb. Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur, bu layihədə SOCAR-ın payı 31,65 %-dir.

Избранный
14
anews.az

1Источники