RU

Gələcəyin enerji sistemini necə quracağımızın yol xəritəsini hazırlayırıq - Muxtar Babayev

Yeni iqlim planımız - yəni milli müəyyən edilmiş töhfə (NDC) vasitəsilə gələcəyin enerji sistemini necə quracağımızın yol xəritəsini hazırlayırıq.

Day.Az xəbər verir ki, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sistem daha təmiz, daha ağıllı və daha dayanıqlı olacaq: "O, bizim neft-qazdan kənar diversifikasiyamızı necə həyata keçirəcəyimizi, bərpa olunan enerjini necə artıracağımızı və enerji səmərəliliyi ilə innovasiyaları iqtisadiyyatımıza necə inteqrasiya edəcəyimizi göstərir".

"Bu sənədlər Paris Sazişi çərçivəsində beynəlxalq öhdəlikdir. Onlar qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin təməl daşlarıdır. Eyni zamanda, bu sənədlər milli prioritetdir, çünki yaşıl investisiyalara "yaşıl işıq" yandırır. Onlar vaxt cədvəllərini və hədəfləri müəyyənləşdirir, milli prioritet sahələri göstərir və hökumətin əməli fəaliyyətə sadiqliyini nümayiş etdirir", - deyə. M. Babayev qeyd edib.

Избранный
42
day.az

1Источники