RU

Pezeşkian E3 ölkələrini ABŞ-nin göstərişlərini yerinə yetirməkdə ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda "Alaraby" telekanalına müsahibə verib. O, İngiltərə, Fransa və Almaniyanı (E3) ABŞ-nin göstərişlərini yerinə yetirməkdə ittiham edib və "tətik mexanizmini" tətbiq etmək hüquqlarının olmadığını bildirib.

Pezeşkian vurğulayıb ki, İran 2015-ci il sazişinə sadiqdir, əslində isə bu razılaşmanı pozan tərəf ABŞ olub. Onun sözlərinə görə, Avropa ölkələri də öhdəliklərini yerinə yetirməyib və şirkətlərini İrandan çıxarıb.

Prezident qeyd edib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və hazırda da belə bir məqsəd güdmür: "Bizim regionda qarışıqlıq yaratmaq niyyətimiz yoxdur, bu addımları İsrail atır".

O, həmçinin ABŞ ilə Oman vasitəsilə aparılan danışıqlarda Tramp administrasiyasının İsrailə İrana hücum etməsinə şərait yaratdığını xatırladaraq bildirib: "Belə bir ölkəyə etibar etmək mümkün deyil. Onlar dialoq deyil, təslimiyyət istəyirlər, amma İran xalqı buna boyun əyməyəcək".

Pezeşkian "Qahirə sazişini" də xatırladaraq vurğulayıb ki, bu razılaşma İranın səmimiyyətini, ABŞ və Avropanın isə ikiüzlülüyünü göstərib. O, "tətik mexanizmini" isə Qərbin qanunsuz addımlarını leqallaşdırmaq cəhdi adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники