RU

ABŞ təxminən 100 iranlı sığınacaq axtaranı deportasiya edib - ÖZƏL

ABŞ hakimiyyəti Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşma çərçivəsində təxminən 100 iranlını İrana geri göndərib. Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Məlumata görə, deportasiya olunanların bir qismi ABŞ-ı könüllü şəkildə tərk edib. Onlar bir neçə ay miqrasiya mərkəzlərində saxlanıldıqdan sonra ölkəni tərk etməyə razılıq veriblər. Əksəriyyət isə sığınacaq müraciətlərinə rədd cavabı alıb, bəziləri isə hələ məhkəmə qərarını gözləyirdi. Qəzetin mənbələrinin bildirdiyinə görə, deportasiya olunanları daşıyan təyyarə sentyabrın 29-da ABŞ-dan havaya qalxıb. Prosesi İran Xarici İşlər Nazirliyi koordinasiya edib. Rəsmi Tehran ABŞ-dan qayıdan vətəndaşlara "sakit qayıdış" və "heç bir problem və nəticə ilə üzləşməyəcəkləri" barədə zəmanət verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
25
olaylar.az

1Источники