RU

Azərbaycan qızıl ixracından 211 mln. dollara yaxın gəlir əldə edib

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan 210,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 114,6 milyon dollar və ya 2,2 dəfə artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə avqust ayında ixrac edilən qızılın dəyəri 32 milyon dollar olub ki, bu da ötən ilin avqustuna nisbətən 10,6 milyon dollar və ya 1,5 dəfə artım deməkdir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
banco.az

2Источники