RU

"INMerge Innovation Summit"in ikinci günü start götürüb

Bakı. Trend:

Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə innovasiyalar,investisiyalar və əməkdaşlığa həsr olunmuş “INMerge InnovationSummit”in ikinci günü öz işinə başlayıb.

Bu barədə Trendməlumat verir.

Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafınatöhfə vermək, startaplar və investorları bir araya gətirərək onlaraəməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosistemininbütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçünplatforma qurmaqdır

INMerge dövlət qurumlarının, korporasiyaların, investorların,startapların və ekosistem iştirakçılarının Azərbaycandan,Türkiyədən, Gürcüstandan, Qazaxıstandan və Özbəkistandannümayəndələrini bir araya gətirir. Bu il sammit 5 000-dən çoxiştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondu cəmedərək əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb.

Proqram səkkiz əsas istiqaməti əhatə edib — fintex vəməsuliyyətli bankçılıqdan tutmuş “Data & AI”, Sənaye 4.0,telekommunikasiya, marketinq, e-ticarət və investisiyalara qədər.Birinci gündə “Pixar”ın həmtəsisçisi Ed Ketmull, “OpenAI”şirkətində Go-to-Market istiqamətinin keçmiş rəhbəri Zak Kass vəHarvard Biznes Məktəbinin professoru Tarun Xanna kimi dünyaliderləri çıxış ediblər.

Açılış mərasimində isə Azərbaycan iqtisadiyyat naziri MikayılCabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev,“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və PASHAHolding-in innovasiyalar departamentinin rəhbəri Tuğra Musayevaçıxış ediblər.

Xəbər yenilənir

Məqalədə:
Избранный
18
az.trend.az

1Источники