RU

Şou-biznesin ən möhkəm evliliklərindən biri sona çatdı: Nikol Kidman və Kit Urban ayrılırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



58 yaşlı aktrisа Nikol Kidman və 57 yaşlı kantri müğənnisi Kit Urban 19 illik evlilikdən sonra ayrılıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ öz mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən, boşanmaq qərarını Kit qəbul edib, Nikol isə ayrılmaq istəməyib və sona qədər ailəni qorumağa çalışıb.
İnsayderlər, həmçinin bildirirlər ki, ər-arvad yayın əvvəlindən ayrı yaşayırlar. Kit artıq Neşvilldə şəxsi ev alıb və eyni şəhərdə yerləşən ailə evindən köçüb.
Nikol Kidman avstraliyalı kantri müğənnisi Kit Urbanla 2006-cı ildə, tanışlıqlarından il yarım sonra ailə qurub. Cütlüyün iki qızı var: 17 yaşlı Sandeу Rouz (о, modellik etməyə başlayıb) və surroqat analıq vasitəsilə dünyaya gələn 14 yaşlı Feyt Marqaret. Ər-arvad mütəmadi olaraq qırmızı xalılarda birgə görünür, birgə müsahibələr verir və sosial şəbəkələrdə bir-birilərinə sevgilərini etiraf edirdilər.
Xatırladaq ki, daha əvvəl Nikol Kidman 11 il ərzində (1990-2001) Tom Kruzla evli olub.
Избранный
16
oxu.az

1Источники