RU

III MDB Oyunlarında növbəti gün

style='margin-bottom:10px;'>

Azərbaycanın ev sahibliyi ilə keçirilən III MDB Oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün yarışda 7 idman növü üzrə mübarizə baş tutacaq.

Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək.

Nizami yurdunda həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.

Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

Qəbələdə o cümlədən badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

Yevlaxda boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları reallaşacaq.

Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.

Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Избранный
39
12
teleqraf.com

10Источники