RU

“Mais dedi ki, qardaş, incimə...” - Generalın döyüş xatirələri

Vətən müharibəsi qəhrəmanı, general-mayor Zaur Məmmədov (Cavanşir) “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı kitab yazıb. Xatirələr kitabında müharibənin ilk günləri və gedişatı ilə bağlı maraqlı faktları açıqlayan, müharibənin başladığı vaxt ehtiyatda olan Zaur Cavanşir Müdafiə Nazirliyinin həmin vaxt Baş qərargah rəisi olan Nəcməddin Sadıkov tərəfindən qəsdən ordudan kənarlaşdırıldığını qeyd edib. O, döyüşlərə qatılmaq üçün müxtəlif yollara əl atdığını yazıb. “Bakuinfo” xəbər verir ki, kitabdan bir hissə Bizim.media saytında yayımlanıb: “Vətən müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlayanda, mən artıq dörd ildir ki, mülki həyatda idim. 2016-cı ilin sentyabrında - öz iradəmlə deyil, o zamankı Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qanunsuz tələblərinə boyun əymədiyim üçün - əsassız şəkildə Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini vəzifəsindən uzaqlaşdırılmışdım. Məni üç-dörd pillə aşağı salıb korpusun əməliyyat şöbəsinə adi zabit kimi göndərdilər. Bu, əslində, Sadıkovun mənə qarşı apardığı çirkli oyunun bir hissəsi idi. Onun haqsızlığı qarşısında susmamağın yeganə yolu Silahlı Qüvvələrdən ehtiyata ayrılmaq oldu. Lakin mən dərhal məhkəmə qaydasında haqqımı tələb etdim. Üç il səkkiz ay boyunca süni maneələrlə üzləşsəm də, inadla mübarizə apardım. Təhdidlərə və hədələrə baxmayaraq, bütün məhkəmə instansiyalarında qalib gəldim. Qərara əsasən, mənim əsassız şəkildə aşağı vəzifəyə təyin olunmağım barədə əmr ləğv edilməli, mən isə Xüsusi Təyinatlı Qüvvələrdən bütün imtiyazlarımla ehtiyata buraxılmalı idim.

Избранный
31
bakuinfo.net

1Источники