RU

Ruslar Sumıda bir ailənin dörd üzvünü öldürüb İkisi uşaqdır

ain.az, Reyting.az saytına istinadən bildirir.

Bu gecə Rusiya dronları Sumı vilayətinin Çernetçina kəndində yaşayış binasına zərbələr endirib. Binada yaşayan evli cütlük və onların iki azyaşlı uşağı həyatını itirib.Reyting.az xəbər verir ki, Sumı regional hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov faktı təsdiq edib.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Sumı vilayətində ikimərtəbəli və birmərtəbəli yaşayış binasının uçduğunu bildirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərdən birinin dağıntıları altından 4 nəfərin - ailənin meyitlərini çıxarıblar.“Bu, bütün ictimaiyyət və region üçün dəhşətli və əvəzedilməz itkidir. Ailə və dostlara dərin hüznlə başsağlığı verirəm. Bir ailənin ölümü bizim heç vaxt unutmayacağımız və bağışlamayacağımız faciədir”, - Qriqorov əlavə edib.Qeyd edək ki, Rusiya pilotsuz təyyarələri gecə ərzində Kiyev vilayətinə də hücum ediblər. Nəticədə 1950-ci il təvəllüdlü qadın Brovarı rayonunda yaralanıb.V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
reyting.az

2Источники